Ruhani: Müqəddəs Müdafiə əcnəbi təcavüzkarlar qarşısında müdafiənin başlanmasını xatırladır
Sen 22, 2015 07:43 Asia/Baku
-
Ruhani: Müqəddəs Müdafiə əcnəbi təcavüzkarlar qarşısında müdafiənin başlanmasını xatırladır
Müqəddəs Müdafiənin 35-ci ildönümünün gəlib çatması üzrə mərasim İran İslam Respublikası prezidentinin iştirakı ilə Həzrət İmam Xomeyninin (rə) ziyarətgahının kənarında keçirilib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Silahlı Qüvvələrin paradı və Müqəddəs Müdafiə Həftəsinin başlanğıcı üzrə mərasimdə İran xalqını tarix yaradan və hamıya dərs öyrədən xalq adlandırıb.Həsən Ruhani deyib: Müqəddəs Müdafiə Həftəsi İran xalqı üçün həmişə fəxrli gündür və əcnəbi təcavüzkarlar qarşısında müdafiənin başlanmasını xatırladır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri əlavə edib: Əcnəbilər düşünürdülər ki, inqilabın başlanğıc dövründə və hakimiyyət və silahlı qüvvələrin zəif olduğu şəraitdə zehinlərində xatırladıqları ötən illərin röyalarını həqiqətə çevirə biləcəklər. Lakin İran xalqı İslam İnqilabının sayəsində hər zamankından daha ayıq və hazır idi və müharibə və təcavüzlə daha da başıuca oldu.
İran İslam Respublikası prezidenti deyib: Elan olunmamış müharibənin İran üçün problemlər və xəsarətlər yaratmasına baxmayaraq, xalqın müdafiəsinin qiymətli təsirləri də oldu. İlk təsiri bu müdafiə xalqın quruculuğuna səbəb oldu.
Ruhani əlavə edib: İran xalqı Müqəddəs Müdafiə ilə təcavüzkarlar və əcnəbilər qarşısında vahid, müqavimətli və güclü xalqa çevrildi.
İran İslam Respublikası prezidentinin sözlərinə görə, elan olunmamış müharibədə sübut olundu ki, kimlər təcavüzkardırlar, təcavüzdə hansı ideologiya və digərlərinin daxili məsələlərində müdaxiləni düşünürlər, kimlər təkcə qonşu xalqlar deyil, hətta öz xalqına da rəhm etmirlər.
"Müqəddəs Müdafiə din və Allaha etiqadın vətən sevgisi, vətən məhəbbəti ilə heç bir ziddiyyətinin olmadığını, əksinə bütün bunların bir-birinin kənarında olduğunu göstərdi" -deyə Ruhani əlavə edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri bildirib: İran İslam İnqilabının müraciəti bütün qonşu xalqlar üçün müstəqillik idi. Lakin böyük qüdrətlər muzdluları təcavüz üçün hazırladılar böyük xalqın qüdrətini məğlubiyyətlə üzləşdirə biləcəklərini düşünürdülər.
İran prezidentinin çıxışından sonra İran İslam Respublikası ordusu, İslam İnqilabı Keşikçilər Korpusu, Hüquq-Mühafizə qüvvələri və Bəsic ictimai qüvvələrinin paradı keçirilib.
Müqəddəs Müdafiə həftəsinin ilk günündə "Silahlı Qüvvələr, şücaətlik və qəhrəmanlıq" adı altında keçirilən bu mərasimdə Silahlı Qüvvələrin paradından sonra İranın elmi və müdafiə sənayesinin yeniliklərinin kiçik bir hissəsi nümayiş olunub.
22 sentyabr İraqın Bəs rejiminin İran İslam Respublikasına qarşı elan olunmamış müharibəsi və Müqəddəs Müdafiə Həftəsinin başlanmasının ildönümü günüdür.
İran İslam Respublikası təqvimində Müqəddəs Müdafiə Həftəsi İraqın İrana qarşı elan olunmamış müharibəsinin başlanması həftəsinə aid olur və 29 sentyabra qədər davam edir.
Teqlər