İran xalqı müqaviməti ilə bütün sahələrdə böyük qəhrəmanlıqlar yaradıb
Sen 22, 2015 13:31 Asia/Baku
-
İran xalqı müqaviməti ilə bütün sahələrdə böyük qəhrəmanlıqlar yaradıb
İran İslam Respublikası prezidenti deyib: İran xalqı müqaviməti ilə bütün sahələrdə böyük və əzəmətli qəhrəmanlıqlar yaradıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Tehranda 3-cü metro xəttinin şimal yarısının istifadəyə verilməsi mərasimində ətraf mühiti İranın böyük problemi adlandırıb və deyib: Metrodan istifadə ekoloji problemi həll etmək üçün ən təsirli yollardan biridir.İran prezidenti söyləyib: Yerli mütəxəssislərin potensialını nəzərə alaraq metro texnologiyası sahəsində İranın texniki-mühəndislik xidmətləri ixrac olunmalıdır və bu iş baş tuta bilər.
Bu mərasimdə nüvə müzakirələrinə toxunan cənab Ruhani əlavə edib: İndiyə qədər BMT heç bir ölkəyə deməyib ki, sizin zənginləşdirmə haqqınız vardır. Lakin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İrana bu haqqı verir.
"Hökumət nüvə müzakirələrində öz rəylərini qəbul etdirə bildi" -deyə prezident söyləyib.
İran prezidentinin sözlərinə görə, metro mədəniyyəti tanıtdıran yerdir və metro təchizatlarından istifadə metodu həyatı asanlaşdırır. Hamı ondan düzgün istifadə üçün çalışmalıdır.
Ruhani bildirib: Metro sənaye və texnolgiyada iş yerlərinin açılması ilə nəticələnir. Stansiyalardan əlavə mühitlərindən də istifadə etmək mümkündür.
Tehranın 3-cü metro xəttinin şimal yarım hissəsi bu gün prezident, Tehran meri, bir qrup şəhər rəsmisinin iştirakı ilə istifadəyə verilib.
Tehranın 3-cü metro xəttinin 18 kilometr uzunluğu olan şimal yarım hissəsi texniki, icra əməliyyatı və maliyyə baxımından şəhər metrosu üzrə ilin ən böyük projesidir.
Teqlər