Sen 22, 2015 19:08 Asia/Baku
  • Amanonun Parçinə baxış keçirməsi qırmızı xətlərin qorunması ilə baş tutdu
    Amanonun Parçinə baxış keçirməsi qırmızı xətlərin qorunması ilə baş tutdu

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun Parçin obyektinə qısa baxış keçirməsi naməlum məsələlərin aradan qaldırılması və qırmızı xətlər prinsiplərinə riayət olunmaqla baş tutdu.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Behruz Kamalvəndi Yukiya Amanonun Parçin obyektinə baxış keçirməsində yoxlamanın olmadığını bildirərək əlavə edib: İmkanlar və təchizatlarla yoxlama casusluqla nəticələnə bilər. Lakin Yukiya Amano heç bir imkan və vasitə olmadan, hətta mobil telefonu olmadan həmin obyektdə oldu.
"Parçinə qarşı illərlə mənfi təbliğatın olduğuna görə, bu baxışın keçirilməsi faydalı idi və mütləq naməlum məsələlərin aradan qalxması ilə nəticələnəcək" -deyə Kamalvəndi əlavə edib.
İranın Atom Enerjisi Təşkilatı sədrinin müavini bildirib: İranın məqsədi MAQATE-yə verilən yanlış hesabatlar nəticəsində irəli sürülən naməlum məsələləri aradan qaldırmaqdır və agentlik baş direktorunun Parçin obyektinə qısa baxış keçirməsi bu barədəki əbəs nağıllara son qoyur.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bazar ertəsi günü Tehran səfəri ilə bağlı hesabatında bildirib: Agentlik İran mütəxəssisləri tərəfindən Parçin mərkəzindən götürülən nümunələrin doğruluğunu təsdiqləyir.

Teqlər