Sen 22, 2015 19:09 Asia/Baku
  • İran sionist rejimə xəbərdarlıq etdi
    İran sionist rejimə xəbərdarlıq etdi

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini sionist rejimə Suriya böhranından sui-istifadə etmək, İŞİD və əl-Nüsrə kimi terror qruplaşmalarına dəstəyi davam etdirmək və fələstinlilər, xüsusilə də uşaqları qırğın etmək və qəsəbələrin salınmasını davam etdirmək barədə xəbərdarlıq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, regional müzakirələr, xüsusilə də Suriya böhranı ilə əlaqədr Moskvada səfərdə olan Hüseyn Əmir Abdullahian çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında Yaxın Şərqin vəziyyəti, xüsuislə də sionist rejimin hərəkətləri barədə deyib: Sionist rejimin terrorçularla işğal olunmuş Cövlan yüksəklikləri vasitəsi ilə əlaqədə olması hamıya bəllidir və bu məsələ təkcə regionun deyil, bütün dünya üçün təhlükədir.
Əmir Abdullahian sionist rejimdən əlavə bu rejimin müttəfiqlərinə də xəbərdarlıq edib və bildirib ki, bu rejimin regiondakı hərəkətlərinə mane olsunlar. Çünki bu hərəkətlər vəziyyəti daha da mürəkkəbləşdirir.
İran xarici işlər nazirinin müavini əlavə edib: Əgər uşaq qatili sionist rejimin əl-Əqsa məscidinə qarşı hərəkətləri dayanmazsa, qətiyyətli və möhkəm cavab alacaqdır.
"Sionist rejimin işğal olunmuş Cövlan yüksəkliklərindəki təhrikedici hərəkətləri və işğal olunmuş Fələstin ərazilərində qəsəbələr salması dərhal dayandırılmalıdır" -deyə nazir müavini deyib.
İran xarici işlər nazirinin müavini həmçinin rus həmkarı Mixail Boqdanovla müzakirələrinin nəticələrini faydalı və konstruktiv qiymətləndirib və deyibY Bu müzakirələr iki ölkənin Suriya böhranın diplomatik yolla həllində müştərək mövqelərinin irəliləməsinə səbəb olacaq.
Əmir Abdullahian sonda deyib: İran və Rusiya Suriya böhranının dinc yolla həllində əsas və ciddi şərikdir və bildirirlər ki, bu ölkənin qanuni prezidenti Bəşşar Əsəd Suriyanın siyasi gələcəyi barəsində müzakirələr prosesinin bir hissəsi olacaqdır.

Teqlər