Sen 22, 2015 19:20 Asia/Baku
  • Amerikanın avantüristliyini dəqiq tanımaq lazımdır
    Amerikanın avantüristliyini dəqiq tanımaq lazımdır

İran İslam Şurası Məclisinin sədri deyib: Bu gün Qərb, xüsusilə də Amerika İranda avantüristlik ardıncadır. Buna görə onların avantüristliyini dəqiq tanımaq lazımdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Müqəddəs Müdafiə Həftəsi ilə əlaqədar keçirilən mərasimdə İranın bugünkü təhlükəsizliyini İran xalqının müqavimət ruhiyyəsinin nəticəsi adlandırıb və əlavə edib: Həmin məsələ İran üçün davamlı təhlükəsizliyə səbəb olub.
İran parlamentinin sədri bildirib: İranın heç vaxt bir ölkəyə təcavüz məqsədi olmayıb və yoxdur. Lakin əgər islam diyarına təcavüz etmək istəyərsə, İran xalqı ona möhkəm cavab verir.
İranın qanunvericilik orqanının rəhbəri əlavə edib: Regiondakı terrorizm cərəyanı müsəlmanların imicini ləkələyir, de-stabillik və problem yaradır. İran məsuliyyəti qəbul edən ölkədir və bu məsələyə etinasız qala bilməz. Əgər etinasız qalarsa, terror qruplaşmaları regionu cəhənnəmə çevirərlər.
Əli Laricani sonda bildirib: Bu gün qənimətli fürsət İranın ixtiyarındadır. Həm regionda öz məsuliyyətini yerinə yetirir və həm də daxildə iqtisadi potensialını yüksəldir. Buna görə, aydın baxış budur ki, bütün potensiallardan istifadə olunsun.

Teqlər