Sen 24, 2015 09:51 Asia/Baku
  • İran nüvə anlaşmasının icrası üzrə öhdəliklərini yerinə yetirir
    İran nüvə anlaşmasının icrası üzrə öhdəliklərini yerinə yetirir

İran xarici işlər naziri Avstraliya xarici işlər naziri ilə görüşdə deyib: İran nüvə anlaşmasının icrası üzrə öz öhdəliklərini yerinə yetirir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə də olan anlaşmanı yerinə yetirəcək.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran İslam Respublikası və Avstraliya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Culi Bişop Nyu-Yorkda görüşərək regional və ikitərəfli məsələlər barəsində fikir mübadiləsi aparıblar.
İran xarici işlər naziri bu görüşdə ümidvarlıq edib ki, əlaqədar tərəflər, xüsusilə də qərb İranla nüvə anlaşması barəsində öz öhdəliklərinə sadiq qalacaqdır.
Bu məlumata görə, regional məsələlər, o cümlədən Suriya və Yəmən problemləri də İran və Avstraliya xarici işlər nazirlərinin araşdırdığı məsələlər olub. Tərəflər problemlərin diplomatik yolla həlli üçün ikitərəfli və neçə tərəfli əməkdaşlıqları vurğulayıblar.
Tərəflər həmçinin müxtəlif sahələrdə, siyasi, iqtisadi heyətlərin mübadiləsi, tələbə mübadiləsi, işçi qrupunun göndərilməsi sahələrində ikitərəfli, o cümlədən neçə tərəfli əməkdaşlıqların genişləndirilməsini qeyd ediblər.
Görüşün sonunda Avstraliya xarici işlər naziri İran xarici işlər nazirini Avstraliyaya dəvət edib.

Teqlər