İran və İndoneziya xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər
Sen 24, 2015 10:24 Asia/Baku
-
İran və İndoneziya xarici işlər nazirləri Nyu-Yorkda görüşüblər
İran və İndoneziya xarici işlər nazirləri ikitərəfli məsələlər və regional problemlər, o cümlədən Suriya böhranı və suriyalı miqrantların problemlərinin həlli üçün əməkdaşlıqların geniləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Səhər Beynəlxalq Televiziyasının İran Xarici İşlər Nazirliyinin İnformasiya Diplomatiyası Baş İdarəsinə istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İndoneziya xarici işlər naziri Retno Mersudi ilə Nyu-Yorkda görüşdə bütün ölkələr və əlaqədar tərəflərin iştirakı ilə Yaxın Şərqin böhranlarının həlli üzrə diplomatik yoldan istifadənin zəruriliyini vurğulayıb və deyib: İran İslam Respublikası Suriya böhranının həlli üçün 4 mərhələli bir layihə təklif edib.İndoneziya xarici işlər naziri də İran İslam Respublikası və 5+1 qrupu arasında anlaşmanın əldə olunmasını beynəlxalq sülh və təhlükəsizlik istiqamətində əhəmiyyətli addım adlandırıb və ölkəsinin anlaşmaların icrası ilə maraqlandığını bildirib.
Regional məsələlərin həlli üçün İran və İndoneziyanın potensiallarından istifadə, ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi, beynəlxalq dairələrdə iki tərəfin bir-birini dəstəkləməsi, yüksək səviyyəli siyasi heyətlərin gediş-gəlişi, o cümlədən İndoneziya xarici işlər naziri və prezidentinin yaxın gələcəkdə Tehrana baş tutacaq səfərləri iki ölkə nazirinin fikir mübadilə apardığı məsələlər olub.