Tehran Universitetində Qurban bayramı namazı qılınıb
Sen 24, 2015 13:00 Asia/Baku
Tehran Universitetində qılınan Səadətli Qurban bayramı namazının xətibi sionist rejimin əl-Əqsa məscidindəki son təhqiramiz davranışını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, səadətli Qurban bayramı namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi sionist hərbçilər və qəsəbə sakinlərinin Qüds və əl-Əqsa məscidindəki təhqiramiz davranışı və islam dünyasının bu barədəki sükutuna toxunaraq deyib: Bu, imperializmin müsəlmanların ixtilafla üzləşməsi istəyidir.Ayətullah Xatəmi deyib: İmperializm İŞİD-i yaratdı ki, müsəlmanlar islam dünyasının digər yerlərindəki hadisələrə diqqət yetirə bilməsinlər.
Səadətli Qurban bayramı namazının xətibi Yekun Müştərək Təşəbbüs Proqramı barəsində irəli sürülən çoxlu məsələlər haqda da deyib: Yekun Müştərək Təşəbbüs Proqramında vurğulanan ədalətsiz sanksiyaların təxirə salınması deyil, ləğv olunmasıdır. Əgər bu önəmli məsələ gerçəkləşərsə, Yekun Müştərək Təşəbbüs Proqramı bütün xalq tərəfindən təsdiqlənir və əgər belə olmasa, xalqın təsdiqini tapmayacaq.
Ayətullah Xatəmi Yekun Müştərək Təşəbbüs Proqramı barədə sayıqlığını zəruriliyini vurğulayıb və əlavə edib: Amerika Yekun Müştərək Təşəbbüs Proqramı yolu ilə siyasi və iqtisadi və ən pisi mədəni nüfuz etmək üçün istifadə etməməlidir.
Tehran Universitetində qılınan Qurban bayramı namazının xətibi bildirib: Yekun Müştərək Təşəbbüs Proqramından daha önəmlisi ondan sonrakı məsələlərdir. Çünki ABŞ Yekun Müştərək Təşəbbüs Proqramından sonra İran və Amerika əlaqələrindəki buzların əridiyini demək istəyir. Halbuki belə deyildir. İran Amerika ilə düşməndir. Çünki Amerika qəsbkar sionist rejimi dəstəkləyir.
Səadətli Qurban bayramı namazının xətibi Amerika ilə düşmənçiliyin digər səbəbini bu ölkənin Suriya, İraq və Yəməndə İŞİD terrorçularını dəstəkləməsi adlandırıb və əlavə edib: Amerika hələ də İran İslam Respublikasının müqəddəs quruluşunu devirməyi dəstəkləyir və insan haqları kimi bəhanələrlə bir an məkrli plandan əl çəkmir.