Sen 24, 2015 17:00 Asia/Baku
  • Baş Assambleya İranın tələblərini bəyan etmək üçün münasib fürsətdir
    Baş Assambleya İranın tələblərini bəyan etmək üçün münasib fürsətdir

İran İslam Respublikası prezidenti deyib: BMT Baş Assambleyasının iclası İran İslam Respublikası xalqının tələbləri və mövqelərinin bəyan olunması üçün yaxşı fürsətdir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran prezidenti Həsən Ruhani Nyu-Yorka səfər etməzdən öncə Mehrabad hava limanında jurnalistlərin suallarını cavablandıraraq səadətli Qurban bayramı münasibəti ilə hamını təbrik edib və deyib: BMT Baş Assambleyasının iclasında iştirak İran xalqının rəyini bəyan etmək məqsədilə baş tutur və bu iclasın kənarında ölkələrin dövlət başçıları ilə görüşlər və iclasların keçirilməsi üçün fürsətdir.
İran prezidenti BMT Baş Assambleyasının iclasınn iki xüsusiyyətinə toxunaraq deyib: Bu Baş Assambleyanın kənarında ölkələrin dövlət başçılarının iştirakı ilə davamlı inkişaf iclası da keçiriləcək.
Ruhani əlavə edib: 2015-ci ildən sonra davamlı inkişaf sənədi bu iclasda ölkələrin dövlət başçılarının iştirakı ilə təsdiqlənəcək.
İran prezidenti deyib: Bu səfər çərçivəsində Asiya, Avropa, Amerika və Afrika qitələrindən ölkələrin dövlət başçıları ilə görüşlər proqnoz olunub və təxminən bir çox ölkənin dövlət başçısı da görüş keçirmək istəyib. Mümkün qədər bu görüşlər baş tutacaq.
Ruhani İran xalqının əsas tələbinin sülhün bərqərar edilməsi olduğunu bildirərək əlavə edib: İran xalqının tələblərindən biri budur ki, İranofobiya yanlışdır və İran təhdidi yanlış hərəkətdir.
İran prezidenti sonda deyib: İran xalqının BMT Baş Assambleyasında bəyanı budur ki, İran xalqı və dövlətinə hörmətlə yanaşılsın. Eyni zamanda artıq dünyada İranofobya çox zəifləmişdir. 11-ci hökumətin xarici siyasətinin fəxrlərindən biri budur ki, İranofobiya çox zəifləyib və artıq məhv olmaqdadır.

Teqlər