Sen 24, 2015 19:14 Asia/Baku
  • İnqilab Rəhbəri Müqəddəs Müdafiə Həftəsi ilə bağlı müraciət veriblər
    İnqilab Rəhbəri Müqəddəs Müdafiə Həftəsi ilə bağlı müraciət veriblər

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: İslam mədəniyyətində şəhid və şəhidlik həyat və parlaqlığın təcəssümüdür.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranda şəhidlərin məzarlarının təmizlənməsi və güllə bəzədilməsi mərasimi ilə yanaşı İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə Həftəsi və şəhidlər, fədakarların alqışlanması münasibəti ilə müraciət verərək bildiriblər: Zamanın keçməsi şəhidlərin adı və xatirəsini unutdura bilməmiş və bilməyəcəkdir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İslam mədəniyyətində şəhid və şəhidlik həyat və parlaqlığın təcəssümüdür. Biz bu böyük və əbədi məsələ ilə əlaqə yaradaraq özümüz, ictimaiyyətimiz və ölkəmiz üçün başıucalığı və əbədiliyi əldə etməliyik.
Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Müqəddəs Müdafiə Həftəsinin bir günün şəhidlər və fədakarlar adı ilə adlandırılması bu yolda borcu yerinə yetirməkdir.
22 sentyabr İraqın Bəs rejiminin İran İslam Respublikasına elan olunmamış müharibəsinin başlanmasının ildönümünə təsadüf edir. İran təqvimində bu gündən etibarən Müqəddəs Müdafiə Həftəsi başlanır.

Teqlər