İnqilab Rəhbəri Minada baş verən hadisə ilə bağlı müraciət veriblər
Sen 25, 2015 13:02 Asia/Baku
Minada faciənin baş verməsi və minlərlə hacının həlak olması və yaralanması ardınca İslam İnqilabının Böyük Rəhbəri önəmli müraciət veriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Minada baş verən dəhşətli faciə ardınca bir müraciətdə bildiriblər: Səudiyyə Ərəbistanı hökumətibu acı hadisənin ağır məsuliyyətini qəbul və ədalət və haqq qaydalarına riayət etməlidir.İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Bu faciənin amili olan yanlış idarəçilik və nalayiq hərəkətlər diqqət mərkəzindən kənarda qalmamalıdır.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin əzadarlara başsağlığı verərək İranda üç günlük matəm elan ediblər.