Sen 25, 2015 13:09 Asia/Baku
  • Nyu-Yorka çatmışam, amma ürəyim hadisə qurbanlarının ailələri ilədir
    Nyu-Yorka çatmışam, amma ürəyim hadisə qurbanlarının ailələri ilədir

BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfər edən İran prezidenti deyib ki, ürəyi Mina hadisəsinin acı faciəsinin qurbanları və onların ailələrinin yanındadır.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhaninin Twitter səhifəsindəki müraciətində Mina faciəsi ilə bağlı müraciət yer alıb.
Bu müraciətdə bildirilir: Nyu-Yorka yenicə çatmışam ki, BMT Baş Assambleyasında iştirak edəm. Ürəyim Mina hadisəsi qurbanları və ailələri ilədir. Hökumət köməyə hazırdır.
Cümə axşamı günü Minada həcc mərasimi keçirildiyi zaman sıxlıq nəticəsində hadisə baş verib və minlərlə nəfər həlak olub və yaralanıb.
İranın Həcc və Ziyarət Təşkilatı həlak olanların 1300 nəfər, yaralıların isə 2000 nəfərdən çox olduğunu bildirib. Halbuki Ərəbistanın Şəhər Müdafiəsi Təşkilatı indiyə qədər həlak olanların 717 nəfər olduğunu bildirib.
İranın Həcc və Ziyarət Təşkilatının bildirdiyinə görə, 131 iranlının həlak olması təsdiqlənib və 60 nəfərdən çox iranlı zəvvar da yaralanıb. Və Ərəbistan hökuməti yaralıların xəstəxanaya nəql olunmasında təxirlər yaradır.

Teqlər