Tehranın imam cüməsi Mina hadisəsində Ali-Səudun məsuliyyət daşıdığını bildirib
Sen 25, 2015 17:12 Asia/Baku
Tehranın bu həftəki cümə namazı xətibi Minada dəhşətli hadisənin baş verməsi və çoxlu sayda hacının həlak olması səbəbkarının Ali-Səud rejimi olduğunu bildirib.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah İmami Kaşani Minadakı acı hadisə və çoxlu sayda zəvvarın həlak olmasının əsas səbəbini Ali-Səud rejiminin yetərsiz idarəçiliyi adlandırıb və deyib: İslam dünyası Məkkə Mükərrəmə və Həccin idarəçiliyində bu ölkənin yetərsiz idarəçiliyini qəbul etmir.Ayətullah İmami Kaşani Mina hadisəsində çoxlu sayda müsəlmanın həlak olması ilə bağlı islam ümmətinə başsağlığı verərək islam ölkələrini səudiyyəli rəsmiləri beynəlxalq məhkəməyə verməyə çağırıb.
Ayətullah Məhəmməd İmami Kaşani Həccin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən idarə olunmasını vurğulayaraq xatırladıb: Bütün islam ölkələri onun idarə olunmasında söz sahibi olmalıdır.
Son məlumatlara görə, cümə axşamı günü Minada Rəmy Cəmarat Şeytanı Daşlama mərasimində baş verən sıxlıq nəticəsində 1300-dən çox zəvvar həlak olub. Bu hadisədə 131 iranlı da həlak olub.
Tehranın cümə namazı xətibi həmçinin Ali-Səud rejimi tərəfindən bölgədə İŞİD kimi terror qruplaşmalarının yetişdirilməsi və dəstəklənməsinə toxunaraq deyib: Ali-Səud Yəmənə hücum etmək və bu ölkənin günahsız vətəndaşlarını qırğın etməyi düşünür.
Ayətullah İmami Kaşani sözlərinin digər hissəsində İran xalqının Müqəddəs Müdafiəsinə toxunub və deyib: İran xalqının düşmənlərin məkrli planlarıqarşısındakı müqaviməti və fədakarlığı İslam Respublikasının əzəmətinə səbəb olub.