Sen 26, 2015 15:02 Asia/Baku
  • Müqəddəs Müdafiə sonsuz xəzinədir
    Müqəddəs Müdafiə sonsuz xəzinədir

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Müqəddəs Müdafiə Həftəsini imperializm quruluşu qarşısında İran xalqının həmrəyliyi və yekdilliyinin simvolu və islam döyüşçülərinin fədakarlığı və müqavimətinin parlaq cilvəsi adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, general-mayor Hüseyn Dehqan Silahlı Qüvvələrin Coğrafiya Təşkilatında İlk İran Məkan Məlumatları Mərkəzi, Daşıyıcı Xəritələrin yeni nəsli və Modern Çap və Nəşr mərkəzinin açılış mərasimində deyib: Bu mərkəzin istifadəyə verilməsi İran komandanları və məsul şəxslərinin məkan, xəritə, peyk və hava şəkilləri məlumatlarını dərhal əldə etmək imkanını yaradır.
General Dehqan əlavə edib: İran Silahlı Qüvvələrinin Coğrafiya Təşkilatı İranda məkan məlumatları xidmətlərinin verilməsi üzrə əsas təşkilat olaraq informasiyalara istinadla modern texnologiyaya uyğun şəkildə strukturlu mərkəzi yaratmışdır.
İranın müdafiə naziri bildirib: İran Silahlı Qüvvələri Coğrafiya Təşkilatı Silahlı Qüvvələr, milli və beynəlxalq müxtəlif səviyyələrdə məkan məlumatları və məlumatların qorunması istiqamətində təhlükəsiz obyektlər yaradaraq istifadəçilərə etibarlı sistem və informasiya xidmətləri təqdim etmişdir.
22 sentyabr İraqın Bəs rejiminin İran İslam Respublikasına qarşı elan olunmamış müharibəsinin başlanmasının ildönümünə təsadüf edir. İran təqvimində həmin gündən Müqəddəs Müdafiə Həftəsi başlanır.

Teqlər