Ali-Səud beynəlxalq dairələr tərəfindən mühakimə olunmalıdır
https://azeri.sahartv.ir/news/İran-i197924-ali_səud_beynəlxalq_dairələr_tərəfindən_mühakimə_olunmalıdır
İranın baş prokuroru Allah Evi hacılarına qarşı Ali-Səudun cinayətinin beynəlxalq dairələr və məhkəmələr tərəfindən izlənildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2015 11:47 Asia/Baku
  • Ali-Səud beynəlxalq dairələr tərəfindən mühakimə olunmalıdır
    Ali-Səud beynəlxalq dairələr tərəfindən mühakimə olunmalıdır

İranın baş prokuroru Allah Evi hacılarına qarşı Ali-Səudun cinayətinin beynəlxalq dairələr və məhkəmələr tərəfindən izlənildiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Höccətülislam vəlmüslimin Seyid İbrahim Rəisi əlavə edib: Mina hadisəsi və Allah Evi zəvvarlarının həlak olması təəssüfləndirici hadisədir. Bu hərəkəti məsuliyyətsizlik və yetərsizlik kimi xatırlamaq olar.
Höccətülislam vəlmüslimin Rəisi bildirib: Rəm Cəmarat mərasimini müəyyən bir məkanda yerinə yetirmək istəyən Allah Evi zəvvarlarının yolunu bağlamaq qəsdən olub və Mina hadisəsinin baş verməsi proqnoz edilə bilərdi.
Ötən cümə axşamı günü səhər səudiyyəli məmurlar Rəmy Cəmarata bitişən yolların birini məsuliyyətsizliklə və heç bir koordinasiya olmadan bağlayıblar. Bunun nəticəsində hacılar dəstə-dəstə bir-birinin üzərinə düşüb və 1500-dən çox zəvvar dünyasını dəyişib.
11 sentyabrda da Məscidul-Haramda qaldırıcı kranın aşması nəticəsində ən azı 107 zəvvar həlak olmuş, 238 nəfər də yaralanmışdı.