Ruhani Nyu-Yorkda məsləhətləşmələr aparır
Sen 26, 2015 11:48 Asia/Baku
-
Ruhani Nyu-Yorkda məsləhətləşmələr aparır
İran prezidenti BMT Baş Assambleyasının sessiyasının kənarında ikitərəfli görüşlər çərçivəsində Braziliya prezidenti və İsveç baş naziri ilə danışıqlar aparıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Həsən Ruhani braziliyalı həmkarı Dilemma Roseflə görüşdə İran və Braziliyanın potensialları və ortaqlıqlarına toxunaraq bütün sahələr, xüsusilə iqtisadiyyat, ticarət, elm və mədəniyyət sahələrində iki ölkənin əlaqələrinin genişlənməsinin vacibliyini vurğulayıb.Ruhani iqtisadiyyatda sənaye, metal və mədən sənayesi sektorunda əlaqələri, regional məsələlər və beynəlxalq təhlükəsizlik sahəsində terrorizm və narkotik maddələrlə mübarizəni İran və Braziliyanın əməkdaşlıq sahələrindən adlandırıb.
Rosef də əlaqələrin genişləndirilməsi istiqamətində iki ölkənin müxtəlif ticarət, iqtisadiyyat və mədəniyyət sahələrindəki əməkdaşlıq fürsətlərinə toxunaraq deyib: İran və Braziliya bir çox beynəlxalq təşkilatlarda ortaq mövqelərə malikdir.
İsveç baş naziri Stefan Lofon da Ruhani ilə görüşdə deyib: İsveç regionda önəmli və təsiredici bir oyunçu olaraq İranla öz ticarət və sənaye əlaqələrini genişləndirməkdə maraqlıdır.
İran İslam Respublikası prezidenti Nyu-Yorka səfər proqramı çərçivəsində BMT-də Davamlı İnkişaf sammitinin sənədinin təsdiqlənməsi mərasimində iştirak edib və bu gün bu iclasda çıxış etməlidir.
Teqlər