Ruhani Nyu-Yorkda Davamlı İnkişaf iclasında çıxış edib
Sen 26, 2015 16:34 Asia/Baku
-
Ruhani Nyu-Yorkda Davamlı İnkişaf iclasında çıxış edib
İran İslam Respublikası prezidenti deyib: İran və 5+1 qrupu arasında nüvə anlaşmasının əldə olunması regional və beynəlxalq, o cümlədən ətraf mühit sahəsində əməkdaşlıqlar üçün münasib şərait yaradıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT qərargahında keçirilən Davamlı İnkişaf iclasında deyib: Ətraf mühit problemləri insanlara öyrədib ki, başqalarının etdiyi işlər hamının taleyinə təsirlidir başqalarının necə yaşamasını nəzərə almadan öz təhlükəsizliyini və dincliyinə ürək bağlamaq olmaz.Milli, regional və beynəlxaql səviyyələrdə irimiqyaslı əməkdaşlıq olmadan davamlı inkişafın məqsədlərinin əldə olunmasının çox çətin olduğunu bəyan edən Ruhani bildirib: Bu əməkdaşlıq önəmli insani məsuliyyətlər qarşısında müştərək öhdəlik və vahid müqəddəratdan yaranan agahlığa məlhəm olmalıdır.
"Müştərək müqəddərat müştərək məqsədi tələb edir. Lakin bütün məsuliyyətlərin bərabər olması mənasında deyildir" deyən İran prezidenti əlavə edib: 2015-ci ildən sonra davamlı inkişaf amallarını əldə etmək ölkələrin məsuliyyətini və onların ətraf mühitin hazırkı vəziyyətindəki öhdəliklərini nəzərə almadan qeyri-mümkündür və nəticəsiz münaqişə ilə nəticələnir.
İran İslam Respublikası prezidenti öz sözlərinin əvvəlində minlərlə müsəlman, o cümlədən iranlılar üçün cümə axşamı günü Minada baş verən faciəli hadisədən dərin təəssüflənərək zərərçəkənlərin vəziyyətinin dərhal araşdırılması, həmçinin builki Həcc mərasimində bu hadisə və oxşar hadisələrin səbəb və amillərinin araşdırılmasının vacibliyini vurğulayıb.
Teqlər