Səudiyyə hökmranları öz məsuliyyətlərini qəbul edərək, İslam Ümmətindən üzr istəsinlər
Sen 27, 2015 11:06 Asia/Baku
-
Səudiyyə hökmranları öz məsuliyyətlərini qəbul edərək, İslam Ümmətindən üzr istəsinlər
İslam İnqilabının Böyük Rəhbəri Mİna hadisəsinə toxunaraq, vurğulayıblar ki, İslam Dünyası bu barədə bir çox suallara malikdir və Ərəbistan hökmranları günahı başqalarının boynuna atmaq yerinə, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəyərək, bu ağır hadisədəki məsuliyyətlərini qəbul etməlidirlər.
Həzrət Ayətullahuluzma Xamenei bazar günü səhər xarici fiqh dərsinin əvvəlindəki çıxışlarında kədərli Mina hadisəsinin Qurban bayramını İslam Ümməti üçün matəmə çevirdiyinə toxunaraq, əlavə ediblər: İnsan bir an belə, özünü bu qəmdən azad hesab edə bilmir və bu qəm son bir neçə gündə bizim qəlblərimizə və bütün müsəlmanların ürəklərinə ağırlıq edir.Həzrət Ayətullahuluzma Xamenei Ərəbistan başçılarının günahı başqalarının boynuna atmaları, bu faciənin məsuliyyətini qəbul etməkdən boyun qaçırmalarını qeyri-düzgün və təsirsiz addım adlandıraraq, deyiblər: İslam Dünyasının bir çox sualı var və bu hadisədə mindən çox insanın həlak olması kiçik bir məsələ deyil, buna görə, İslam Dünyası bu məsələ barədə düşünməlidir.
O həzrət həmçinin vurğulayıblar: Bu hadisə unudulmayacaq və xalqlar ciddi surətdə onu izləyəcəklər və səudiyyəlilər də günahı başqalarının boynuna atmaq və onu-bunu ittiham etmək yerinə, öz məsuliyyətlərini qəbul edərək, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəməlidirlər.