Okt 01, 2015 15:42 Asia/Baku
  • İnqilab Rəhbəri: Düşmənçiliklərin səbəbi İran xalqının müqavimətidir
    İnqilab Rəhbəri: Düşmənçiliklərin səbəbi İran xalqının müqavimətidir

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İran Silahlı Qüvvələri inkişafda sürətlənməklə və öz hazırlıqlarını yüksəltməklə elə bir iqtidar yaratmalıdırlar ki, düşmənlər təcavüzü xəyallarında belə təsəvvür etməyə cürət etməsinlər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı günü səhər İranın şimalında Noşəhrdə İran İslam Respublikası ordusu komandanları və məsul şəxsləri ilə görüşdə İslam İnqilabına qarşı düşmənçiliklərin səbəbini İran xalqının müqaviməti və zalımların siyasətləri qarşısında təslim olmaması adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri 8 illik Müqəddəs Müdafiə dövründə İran xalqının müqavimətini bütün dünyanın qarşısında duran önəmli təcrübə adlandırıb və xatırladıblar: İran İslam Respublikası quruluşu müstəqil quruluşdur və inqilabın əvvəlindən öz siyasətlərini açıq şəkildə izləyib. Və heç bir qüdrətin zəhmindən və onun siyasətlərinə qarşı çıxmaqdan qorxusu yoxdur.
İran xalqının qəhrəmanlıq yaradan müstəqil hərəkəti qarşısındakı ciddi və ağır düşmənçiliklərə toxunan Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Düşmən islam quruluşunu təslim etmək ardıncadır və onun qarşısında geri çəkilməklə düşmənçiliklər aradan qalxmayacaq.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Güc dili ilə danışanlar və onların asılılarına müxalif olan müstəqil xalqın başıucalığı imperialist quruluş üçün dözüləsi deyildir. Buna görə, bu xalq qarşısında düşmənçilik edirlər və "Əgər filan sözü deməsək yaxud filan işi etməsək və düşməni nəzərə alsaq, düşmənçiliklər azalar" təsəvvürü yanlış təsəvvürdür.
Xalqların, həmçinin asılı olmayan bəzi dövlətlərin İranın müstəqil hərəkətini müsbət qarşıladıqlarına toxunan İnqilab Rəhbəri bildiriblər: Xalqlar İran xalqının qüdrətlər qarşısında inkişafı və açıq-aşkar müadfiəsini müşahidə etməklə vəcdə gəlirlər və İslam Respublikası rəsmilərinin xarici səfərlərində dövlətlərin vətəndaşlara öz fikirlərini bəyan etmək icazə verdikləri hər bir yerdə, onlar İranın və onun mövqelərinin tərəfdarı olaraq əzəmətli səhnələr yaratmışlar.

Teqlər