Ruhani: Lazım gələrsə, Mina faciəsində qüdrət mövqeyindən çıxış ediləcək
Okt 03, 2015 13:06 Asia/Baku
-
Ruhani: Lazım gələrsə, Mina faciəsində qüdrət mövqeyindən çıxış ediləcək
İran prezidenti vurğulayıb ki, faktaraşdırıcı bir komitə vasitəsilə islami ölkələr Mina faciəsinin nə üçün baş verdiyini bilməlidirlər.
İran prezidenti Həsən Ruhani şənbə günü səhər Tehranın Mehrabad hava limanında Mina faciəsində həlak olanlara hörmətin ifadə edilməsi mərasimində bu faciənin səbəbinin araşdırılması vacibliyini vurğulayaraq, bildirib ki, Mina hadisəsində ərəbistanlı məmurların müqəssir olmalarının aydınlaşacağı halda, İran əsla bu məsələdən keçməyəcək.İranın icra hakimiyyətinin sədri deyib ki, İran İslam Respublikası Mina faciəsində etika dili ilə daxil oldu və diplomatiya dilindən istifadə etdi, amma əgər lazım gələrsə, İran İslam Respublikası öz qüdrət dilindən istifadə edəcək.
İran İslam Respublikası prezidenti söyləyib: Mina faciəsi məsələsinin həqiqəti tam şəkildə aydınlaşmalı və faktaraşdırıcı bir komitə vasitəsilə islami ölkələr Mina faciəsinin nə üçün baş verdiyini bilməlidirlər.
Ruhani habelə İranın səhiyyə naziri, Həcc və Ziyarət Təşkilaıtı, İslam İnqilabının Böyük Rəhbərinin Beysəsi, həmçinin İranın Xaricii İşlər Nazirliyi, İranın qanunvericilik və məhkəmə hakimiyyətlərinin sədrləri, Daxili İşlər Nazirliyi, xüsusən də İslam İnqilabının Böyük Rəhbərinə Mina faciəsini izlədiklərinə görə, təşəkkür edib.