Okt 10, 2015 12:32 Asia/Baku
  • İnqilab Rəhbəri sərkərdə Həmədaninin şəhadəti münasibətilə başsağlığı müraciəti veriblər
    İnqilab Rəhbəri sərkərdə Həmədaninin şəhadəti münasibətilə başsağlığı müraciəti veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Hüseyn Həmədaninin şəhid olması münasibətilə başsağlığı veriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin başsağlığı müraciətində deyilir: Başıuca sərkərdə Hüseyn Həmədaninin şəhadəti münasibətilə onun əziz ailəsi, qohumları, dostları və silahdaşlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun iftixarlı məcmuəsinə başsağlığı verirəm.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Bu qədimki, səmimi və fəal döyüşçü özünün pak və dindar gəncliyini şərəf və başıucalıq cəbhələrində, islami vətənin və İran İslam Respublikası quruluşunun müdafiəsində keçirdi və özünün nurlu simalı və bərəkətlə dolu ömrünün son hissəsini anti-İslam və təkfirçi yaramazlarla mübarizədə, paklıq Əhli-Beyti(ə)-ın həriminin müdafiəsində keçirdi və elə bu iftixarla dolu cəbhədə öz arzusuna, yəni Allah yolunda və Fisəbilillah cihadında olarkən can vermək arzusuna nail oldu və ilahi mərhəmət və fəzilət ona nəsib olsun.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından və İranın Suriyadakı baş hərbi məsləhətçilərindən olan general-mayor Hüseyn Həmədani cümə axşamı günü gecə bu ölkədə şəhid oldu.

Teqlər