Ruhaninin Ticarət Siyasətləri Konfransındakı çıxışı
https://azeri.sahartv.ir/news/İran-i198345-ruhaninin_ticarət_siyasətləri_konfransındakı_çıxışı
İranda İxracat və Məşğulluğun İnkişafı üzrə Sənaye və Ticarət Siyasətləri adlı birinci beynəlxalq konfrans İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Tehranda işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2015 10:43 Asia/Baku
  • Ruhaninin Ticarət Siyasətləri Konfransındakı çıxışı
    Ruhaninin Ticarət Siyasətləri Konfransındakı çıxışı

İranda İxracat və Məşğulluğun İnkişafı üzrə Sənaye və Ticarət Siyasətləri adlı birinci beynəlxalq konfrans İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Tehranda işə başlayıb.

İran prezidenti İranda İxracat və Məşğulluğun İnkişafı üzrə Sənaye və Ticarət Siyasətləri adlı birinci beynəlxalq konfransda deyib ki, dövlətin hədəfi, özəl sektorun gücləndirilməsi və iqtisadiyyat sahəsində sağlam rəqabətin yaradılmasıdır.
Ruhani əlavə edib: İran heç bir ölkənin, hətta amerikalı investorların iştirakına mane olmayıb və deyildir və yeni şəraitdə əgər İrana bir sərmayə və texnologiya daxil olar və tərəflər üçün müştərək ixracat bazarı yaranarsa, İran bütün xarici təşəbbüskarlar üçün yaxşı eh sahibliyinə hazırdır.
İran prezidenti "Xarici investorlar iqtisadiyyat dünyasında sağlam bir şərait yaratmalıdırlar" deyərək, əlavə edib: İranın hazırkı şəraiti iki il bundan qabaqkı şəraitdən fərqlənir və tezliklə başlanacaq sanksiyaların ləğvi və İranofobiya planına son qoyulması ilə İran dövləti bütün dünyadan investisiyanı alqışlayacaq.
Ruhani deyib: On birinci dövlətin işə başlamasından bəri iqtisadi sektorda bir neçə hədəf, o sıradan sənaye əməkdaşlıqları və istehsal sahəsində çoxlu sayda maneələrin aradan götürülməsi və iri iqtisadiyyatda bir çərçivə meydana gəlib və bu gün İranda işləməyə maraqlı olanlar üçün münasib fürsət yaranıb.
İran prezidenti vurğulayıb: İran dövləti pul əsasına nəzarət, inflyasiyanın aradan qaldırılması, iqtisadi rövnəqin yaradılması və durğunluqdan çıxma sahəsində mühüm addımlar atıb və dövlətin fəaliyyətinin əvvəlindən inflyasiyanın aradan qaldırılması məsələsi gündəmdə durubdur ki, istehsal, xalq və pul şəraiti üçün önəmə malikdir.