Zərif Şermənin iddiasını cavablandırıb
Okt 12, 2015 15:43 Asia/Baku
-
Zərif Şermənin iddiasını cavablandırıb
İranın xarici işlər naziri deyib ki, İranın nüvə müzakirəçiləri heç vaxt qarşı tərəfin İranın daxili işlərinə qarışmalarına icazə verməyiblər.
Məhəmməd Cavad Zərif IRNA ilə müsahibədə İranla nüvə müzakirələrində Amerika müzakirə komandasının üzvü olmuş Vendi Şermənin iddiasını qəbuledilməz və ixtilaf salmaq üzrə səy adlandırıb.Vendi Şermən iddia edibdir ki, İran dövləti nüvə anlaşmasından daxili siyasi atmosferdə, o sıradan İslam Şurası Məclisinə olacaq seçkilərdə istifadə etməyə çalışır.
İranın xarici işlər naziri açıq şəkildə bildirib ki, heç kəsə İranın daxili işlərinə qarışmaq icazəsi verməyəcək və əgər amerikalı müzakirəçi belə bir söhbət edibdirsə, tamamilə əsassızdır və müzakirələrdən olan bu qənaət və bu fikir bildirmə qəbuledilməzdir.
Zərif deyib: İran dövləti nüvə müzakirələri başlanandan və müzakirələr boyu dəfələrlə şəffaf surətdə bildiribdir ki, nüvə müzakirələri tamamilə milli bir layihədir və daxili siyasi rəqabətlər üzrə mövzular ilə əlaqələndirilməməlidir.
İranın xarici işlər naziri vurğulayıb: İranın nüvə müzakirə komandası müzakirələr boyu ciddi şəkildə və həssaslıqla milli baxışa malik olub və müzakirə tərəflərindən heç birinə də İranın daxili işlərinə qarışmaq icazəsi verməyib.