İran və Çin Dəniz Qoşunları komandanları görüşüblər
Okt 14, 2015 18:31 Asia/Baku
Ordunun Dəniz Qoşunları komandanı deyib: İran və Çin dəniz qoşunlarının Hind okeanının şimalında, Ədən körfəzində və Babül-Məndəb boğazındakı iştirakını nəzərə alaraq, təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığa ehtiyaclıyıq.
Çin silahlı qüvvələri baş qərargah rəisinin müavini yüksək səviyyəli bir heyət ilə bu gün İran ordusu Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari ilə görüşüb, danışıqlar aparıb.Bu görüşdə tərəflər öz dəniz potensiallarını qarşı tərəfin diqqətinə çatdırıb, İran və Çin arasında hərbi əməkdaşlıqlar və qarşılıqlı səfərlərin artırılmasını istəyiblər.
Ordunun Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari bu görüşün kənarında deyib: Dənizlərdə xüsusilə də Hind okeanının şimalında iştirakın önəmini habelə, İran və Çinin həmin məntəqədəki aktiv iştirakını nəzərə alaraq, gəmiçilik yollarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlıqlara ehtiyac var.
O, daha sonra deyib: İran və Çin Hömöz boğazından keçən ticarət gəmiləri və neft tankerlərinin geniş iştirakı, habelə, cənbu-şərqi Asiyadan Qərbə və ya Qərbdən cənub-şərqi Asiyaya hərəkət edən gəmilər baxımından davamlı əməkdaşlığa ehtiyaclıdırlar.
Səyyari əlavə edib: Həmçinin, informasiya mübadiləsi sahəsində də əməkdaşlıqların edilməsi diqqət mərkəzində saxlanıldı və ümidvarıq bu məsələlər müştərək dəniz komitəsi tərəfindən bir əməkdaşlıq sənədi çərçivəsində icra edilsin.
Çin silahlı qüvvələri baş qərargah rəisinin müavini də iran və Çinin Dəniz Qoşunları arasında əməkdaşlıqlara təkid edib və deyib: Biz səmimi qəlbdən arzu edirik ki, iki ölkə arasında əməkdaşlıqlar güclənsin və biz İran ordusu Dəniz Qoşunları ilə birbaşa və davamlı əlaqələr yarada bilək.
Cim Guo əlavə edib: bu görüşdə iki ölkənin hərbi dəniz bölmələrinə və təlim mərkəzlərinə baxış da keçirildi.