Okt 15, 2015 21:16 Asia/Baku
  • Əsəd Suriya böhranının həlli üzrə İranın səylərini alqışlayıb
    Əsəd Suriya böhranının həlli üzrə İranın səylərini alqışlayıb

Suriya prezidenti bu ölkə böhranının diplomatik yolla həlli üzrə İran İslam Respublikasının səylərini alqışlayıb.

Səhər Beynəlxalq Televiziyasının SANA-ya istinadla verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi ilə görüşdə Suriya böhranının diplomatik yolla həlli üçün göstərilən səylərə toxunub və deyib: Ölkəsi Suriya böhranının həlli üçün İranın ideyaları və terrorizmin məhv edilməsində suriyalılara kömək üzrə İranın səylərini alqışlayır.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi də bu görüşdə İranın Suriya ilə strateji əlaqələrə, xüsusilə də terrorizmlə mübarizə səhnəsində əlaqələrini gücləndirməyə maraqlı olduğunu bildirərək deyib: Bu əməkdaşlıq iki ölkənin təhlükəsizliyini bərqərar edəcək.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri bildirib: Terrorizmlə mübarizədə Suriya torpağında iranlı və suriyalının qanının birləşməsi iki ölkə xalqının dərin tarixi əlaqələrə malik olduğunu əks etdirir.

Teqlər