İran Qırmızı Aypara Cəmiyyətinin həkim qrupu Kərbəlaya göndərilib
Okt 19, 2015 12:43 Asia/Baku
İran Qırmızı Aypara Cəmiyyətinin Həcc və Ziyarət üzrə Tibb Mərkəzinin direktoru Tasua və Aşura günlərində Kərbəla zəvvarlarına müalicə xidmətlərinin göstərilməsi üçün altmış nəfərlik tibb qrupunun 24 ton dərmanla göndərilməsindən xəbər verib.
IRIB-nin məlumatına görə, Seyid Əli Mərəşi deyib: Tasua və Aşura günlərində xas əzadarlıq şəraitinə görə, Qırmızı Aypara Cəmiyyətinin yardım qrupları məhərrəmin yeddisindən Kərbəlaya gedib, bir həftə müddətinə zəvvarlara lazımi müalicə xidmətləri göstərəcəklər.Mərəşi əlavə edib: Tasua və Aşura günlərində zəvvarlara müalicə xidmətlərinin göstərilməsi üçün 24 ton dərman göndərilib.
İran Qırmızı Aypara Cəmiyyətinin Həcc və Ziyarət üzrə Tibb Mərkəzinin direktoru sonra deyib: İslam İnqilabının Böyük Rəhbərinin göstərişi ilə Ərbəində xidmət göstərmək üçün Ərbəin Mərkəzi Qərargahı çoxdan təşkil ounub ki, onun məsuliyyəti İslam İnqilabının Böyük Rəhbərinin Besəsinin üzərinə düşür.
Mərəşi bildirib ki, bu il Ərbəin ərəfəsində hava təcili yardımları xidmətə hazırdırlar. O, bildirib ki, Qırmızı Aypara Cəmiyyəti ötən il Nəcəf-Kərbəla istiqamətində zəvvarlara xidmətin göstərilməsi üçün yeddi yardım çadırı qurmuşdu və bu miqdarı bu il on çadıradək artırıb və Kərbəlada da Beynulhərəmeyndə və hərəmin ətrafında dörd çadır zəvvarların xidmətində olacaq.