Okt 19, 2015 15:40 Asia/Baku
  • İraqçı bir heyətlə Vyanaya daxil olub
    İraqçı bir heyətlə Vyanaya daxil olub

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İran ilə altılığın birgə komissiyasının iclasında iştirak üçün bir heyətlə Vyanaya daxil olub.

Nüvə anlaşması komissiyasının ilk iclası bazar ertəsi günü günortadan öncə İranın və altılıq qrupu ölkələrinin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Vyanada keçiriləcək.
Nüvə anlaşmasının icra tərzi, müştərək komissiyanın fəaliyyəti və bu çərçivədə nəzərdə tutulmuş fəaliyyətlərin başlanması bu birgünlük iclasda nəzərdən keçiriləcək.
Seyid Abbas İraqçı bundan öncə demişdi ki, komissiyanın yaradılmasının elan olunması, nüvə anlaşmasının son dəyişikliklərinin, eləcə də "təsdiq olunma günü" ilə "icra olunma günü" arasında tərəflərin öhdəliklərinin icra tərzinin nəzərdən keçirilməsi qeyd olunan komissiyanın ilk iclasının iş gündəminə daxildir.

Teqlər