Tehranda on böyük neft və qaz şirkəti nümayəndələrinin iclası
Okt 19, 2015 17:54 Asia/Baku
-
Tehranda on böyük neft və qaz şirkəti nümayəndələrinin iclası
Dünyanın on böyük neft, qaz, elektrik və neft-kimya şirkətinin baş və sərəncamçı müdirləri İranın neft və qaz sənayesində yeni investisiya fürsətləri ilə tanış olmaq üçün Tehrana səfər ediblər.
"Fərhixteqan" qəzetinin məlumatına görə, İngiltərənin İrlikoyd, İtaliyanın Ansaldo şirkətləri, çoxmilliyyətli FCİ(FGE) kompaniyası, Almaniyanın Zimens(Siemens) və Linde, Yaponiyanın Mitsuyi, Çioda, JGC, Mitsubişi, Hitaçi və Poversistem, Avstriyanın OMV, İtaliyanın ENİ və Fransanın Total şirkətləri dünyanın bu on böyük neft, qaz, elektrik və neft-kimya şirkətidir.Qərar üzrə bu şirkətlərin müdirləri və baş nümayəndələri İranın neft və enerji nazirləri Bijən Namdar Zəngənə və Həmid Çitçiyanın iştirakı ilə keçiriləcək iclasda sanksiyalardan sonrakı dövrdə İranın neft, elektrik və enerji sənayelərinin inkişaf proqramları və dəyişikliklərin detalları ilə məlumatlandırılacaqlar.
Bu şirkətlərin bəzilərinin müdirləri dünyanın enerji sənayesi və beynəlxalq neft bazarının son durumu barədə çıxışlar edəcəklər.