İran və Rusiya arasında ticarət əməkdaşlığının artırılması anlaşması imzalanıb
Okt 22, 2015 19:04 Asia/Baku
-
İran və Rusiya arasında ticarət əməkdaşlığının artırılması anlaşması imzalanıb
İran İslam Respublikası və Rusiya Federasiyası arasında ticarət əməkdaşlığının artırılması üzrə memorandum imzalanıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bu gün günortadan sonra İran və Rusiya arasında infrastruktur layihələr sahəsində ticarət əməkdaşlıqlarının artırılması memorandumu İran İslam Respulbikasının rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi və Rusiyanın energetika naziri Aleksandr Novak tərəfindən Tehranda imzalanıb.İran və Rusiyanın əməkdaşlıqlarının artırılması memorandumunda nəqliyyat, neft, yol və şəhərsalma, maliyyə təminatı və iki ölkə arasında bank müqavilələri sahələri vurğulanıb.
Rusiyanın energetika naziri Aleksandr Novak çərşənbə günü Tehrana daxil olub və İranın energetika, neft, rabitə və informasiya texnologiyaları nazirləri, Mərkəzi Bankın rəhbəri və prezidentin birinci müavini ilə görüşərək tərəfləri maraqlandıran müxtəlif sahələrdə danışıqlar aparıb.
İranın vitse-prezidenti İshaq Cahangiri deyib: Rusiya İranın xarici siyasətində çox önəmli yerə malikdir və Tehran sanksiyadan sonrakı dövrdə Moskva ilə münasibətlər səviyyəsini yüksəltmək niyyətindədir.
Rusiyanın energetika naziri Aleksandr Novak da İranı Rusiyanın önəmli və böyük şəriki adlandırıb və deyib: İki ölkənin iqtisadiyyat və siyasət sahələrindəki əlaqələrinin uzun keçmişi vardır və bu əlaqələr yaxşı qonşuluq və konstruktiv anlaşmaya əsaslanmışdır.
Teqlər