İran İslam Şurası Məclisinin sədri Rusiya prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i198814-İran_İslam_Şurası_məclisinin_sədri_rusiya_prezidenti_ilə_görüşüb
İran İslam Şurası Məclisinin sədri Soçi iclasının başa çatmasından sonra Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2015 06:03 Asia/Baku
  • İran İslam Şurası Məclisinin sədri Rusiya prezidenti ilə görüşüb
    İran İslam Şurası Məclisinin sədri Rusiya prezidenti ilə görüşüb

İran İslam Şurası Məclisinin sədri Soçi iclasının başa çatmasından sonra Rusiya prezidenti Vladimir Putin ilə görüşüb.

İRİB-nin məlumatına görə, Laricani bu görüşdə İranın nüvə işinin həllində Putinin müsbət rolunu və çətin günlərdə Rusiyanın İrana olan yardımlarını yüksək qiymətləndirib və deyib: İran bu yardımları unutmayacaq və Tehra-Moskva münasibətləri yeni şəraitdə daha da möhkəmlənəcək.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: Rusiyanın regiondakı rolunu, xüsusilə də regionda sülh və sabitliyin bərqərar edilməsi üzrə səylərini təsirli və faydalı hesab edirik.
Rusiya prezidenti də bu görüşdə deyib: Hazırda İran xüsusilə Suriyada, terrorizm ilə mübarizədə böyük paya malikdir.
Rusiya prezidenti deyib: Bu qənaətdəyik ki, İranın iştirakı olmadan Suriya böhranının həllində uğur əldə edilməyəcək.