Okt 23, 2015 09:54 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib: Regionda təhlükəsizliyin əsası region ölkələrinin məsuliyyətli davranmalarıdır.

İRİB-nin məlumatına görə, Əli Laricani cümə axşamı Rusiyanın Soçi şəhərində keçirilən 12-ci müharibə və sülhi iclasında böyük qüdrətlərin terrorizm ilə taktiki rəftarını son onilliklərin strateji səhvi adlandırıb.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Rusiyanın Suriyada terrorçulara qarşı hava hücumlarını alqışlayıb və deyib: ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası heç bir uğur əldə edə bilmədi.
Əli Laricani həmçinin, İslam dininin terrorizm ilə müxalif olduğunu vurğulayıb və deyib: İŞİD terrorçuları öz cinayətlərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar.

Teqlər