Tehranın cümə namazı xütbələri
Okt 23, 2015 20:57 Asia/Baku
Tehranın cümə namazı xitabətçisi İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşması ilə bağlı məktubunu İran xalqının mövqeyi adlandırıb.
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Seyid Əhməd Xatəmi İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası mərhələsinə nəzarət etmək üçün güclü bir heyətin təşkil edilməsinə təkid etməsini, bu məktubun ən önəmli cəhətlərindən adlandırıb və deyib: İslam İnqilabının Böyük Rəhbəri nüvə anlaşmasını şərti formada təsdiq ediblər.Ayətullah Xatəmi həmçinin, Fələstin xalqının Qüds intifazəsinə işarə edərək, deyib: İsrail rejimi ilə saziş və anlaşmanın Fələstin xalqı üçün heç bir faydası yoxdur.
Tehranın müvəqqəti imam cüməsi daha sonra, Mina faciəsinə işarə edib: "Şübhəsiz Ərəbistan dövləti bu faciəyə görə məsuliyyət daşıyır və buna görə də beynəlxalq məhkəmədə mühakimə olunmalıdır.
Tehranın cümə namazı xətibi cümə namazı xütbələrinin əvvəlində isə Hüseyn(ə) Tasuası və Aşurasının gəlib çatması münasibətilə deyib: Daim Aşurasayağı yaşamaq lazımdır.