General-mayor Purdəstan: ABŞ-ın strategiyası terrorçu qruplaşmalardan faydalanmaqdır
Okt 26, 2015 10:29 Asia/Baku
İran İslam Respublikası ordusu Quru Qüvvələri komandanı ABŞ-ın bugünkü strategiyasının terrorçu qruplardan faydalanmaq olduğunu bildirib və deyib: ABŞ-ın təhdidlərini unutmamışıq və daim onların rəftarlarını izləyirik. Amma, heç vaxt müharibəyə başlayan tərəf olmayacağıq.
İRNA-nın məlumatına görə, general-mayor Əhməd Rza Purdəstan bazar günü əl-Aləm kanalı ilə müsahibədə deyib: ABŞ-ın strategiyası terrorçu qruplaşmalardan öz xeyrinə faydalanmaqdır. Çünki, Amerikalılar fiziki müharibəni təcrübə ediblər. Amma, bu yolla heç bir uğur qazana bilməyəcəklərini anladıqda, öz strategiyalarını dəyişiblər.O, sonra deyib: Amerikalılar bu terrorçu qruplaşmalardan həm fiziki həm də virtual savaş vasitəsi kimi istifadə edirlər. Yəni, bir tərəfdən müsəlmanları qırğın etməklə yanaşı, digər tərəfdən İslam və müsəlmanların simasını ləkələməyə çalışırlar. Buna görə də, İslam Respublikasına ən yaxın təhlükəni elə bu terrorçu qruplaşmaların olduğunu söyləmək olar.
İran ordusu Quru Qoşunları komandanı daha sonra sionist rejimin təhdidləri barədə deyib: Əgər bu rejim hər hansı bir addım atarsa, İran İslam Respublikasının uzaqmənzilli raketləri ilə üzləşmiş və İslam İnqilabının Böyük Rəhbərinin təyin etdikləri 25 ildən belə tez məhv olacaq.
General-mayor Purdəstan İranın hərbi-müdafiə potensialı barədə də deyib: İran İslam Respublikası İnqilab Rəhbərinin göstərişi əsasında İranın müdafiə doktrinasında heç bir yerə malik olmayan nüvə və kimyəvi silahlar istisna olmaqla, öz hərbi-müdafiə potensialını artırmaq üçün istənilən növ silahdan istifadə edəcək.