İranın daxili işlər naziri: Dünya ictimaiyyəti narkotiklərlə mübarizədə əməkdaşlıq etməlidir
https://azeri.sahartv.ir/news/İran-i198919-İranın_daxili_işlər_naziri_dünya_ictimaiyyəti_narkotiklərlə_mübarizədə_əməkdaşlıq_etməlidir
İran İslam Respublikasının daxili işlər naziri deyib: Dünya ictimaiyyəti narkotiklərlə mübarizədə , üzərlərinə düşən müştərək məsuliyyət əsasında informasiya mübadiləsi, lojistik dəstək, texniki və maliyyə yardımları üzrə iştirak etməlidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 08:52 Asia/Baku
  • İranın daxili işlər naziri: Dünya ictimaiyyəti narkotiklərlə mübarizədə əməkdaşlıq etməlidir
    İranın daxili işlər naziri: Dünya ictimaiyyəti narkotiklərlə mübarizədə əməkdaşlıq etməlidir

İran İslam Respublikasının daxili işlər naziri deyib: Dünya ictimaiyyəti narkotiklərlə mübarizədə , üzərlərinə düşən müştərək məsuliyyət əsasında informasiya mübadiləsi, lojistik dəstək, texniki və maliyyə yardımları üzrə iştirak etməlidirlər.

İRİB-nin məlumatına görə, İranın daxili işlər naziri Əbdülrıza Rəhmani Fəzli Mərkəzi Asiyada narkotiklərlə mübarizə üzrə beş tərəfli koalisiyanın Tehranda baş tutan 6-cı iclasında deyib: Region ölkələri insani dəyərlər və beynəlxalq öhdəliklər fonunda narkotiklərin qaçaq edilməsi ilə mübarizə aparsalar da, bu məsələ ilə mübarizə bir və ya bir neçə ölkənin öhdəliyindən xaric bir məsələdir və dünya ictimaiyyəti də bu mübarizədə iştirak etməlidir.
Rəhmani Fəzli dünyanın istənilən nöqtəsində narkotiklərin əkilməsi və istehsalının durdurulmasını narkotiklərin qaçaq edilməsi ilə mübarizənin bir paçası adlandırıb və deyib: Bu xüsusda Əfqanıstan dövlətinə dəstək verilməli, alternativ proqramların icra edilməsi və əhalinin rifahının yaxşılaşdırılması üçün yardımlar edilməlidir.