Okt 27, 2015 08:27 Asia/Baku
  • Zərif və Lavrov Suriya böhranının həll yollarını araşdırıblar
    Zərif və Lavrov Suriya böhranının həll yollarını araşdırıblar

İran və Rusiyanın xarici işlər nazirləri bu həftə ərzində ikinci dəfə olaraq, bazar ertəsi günü bir telefon söhbətində Suriya böhranının həll yollarını araşdırıblar.

IRNA-nın məlumatına əsasən, İran və Rusiyanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov Suriyada terror qrupları ilə mübarizənin davam etdirilməsini vurğulayıblar.
İki tərəf habelə Suriya problemlərinin siyasi həlli prosesinin başlanması və regionun əsas ölkələrinin iştirakı ilə bu sahədəki səyləri beynəlxalq səviyyədə himayələrin təmərküzləşməsi daxil olmaqla lazımi şəraitin yaradılması ətrafında fikir mübadiləsi aparıb.
Lavrov şənbəgünkü telefon danışığında isə İranın xarici işlər nazirini Avstriyanın Vyana şəhərində Suriya mövzusu ilə keçirilmiş son iclasın məzmunu və nəticələri ilə tanış edib.
Zərif də Suriya böhranının həlli üzrə Tehranın baxışlarını açıqlayaraq, Suriyada savaşa son qoyulması üzrə hər bir həll yolunda bu ölkə xalqının əsas rolunu vurğulayıb.

Teqlər