Okt 29, 2015 09:20 Asia/Baku
  • Amano: İran öhdəliklərini yerinə yetirib
    Amano: İran öhdəliklərini yerinə yetirib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru İspaniyanın El Pais qəzeti ilə müsahibədə deyib: İran nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Yukiya Amano İranın cənub-şərqində Parçinlə öz tanışlığının nəticələri barədə də bildirib: Parçindən nümunələrin götürülməsi hələ də sınaq mərhələsindədir və bu sınağın nəticələri bəlli deyil.
Amano 20 sentyabrda Tehrana bir günlük səfərində İran rəsmiləri ilə görüşdən əlavə Parçin obyektində də olub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 15 oktyabrda bir bəyanat verərək bildirib ki, İran İslam Respublikası özünün ötən və hazırkı nüvə fəaliyyətlərinin qiymətləndirilməsi üzrə lazımi əməkdaşlığı yerinə yetirib.
AEBA bildirib: İran nüvə fəaliyyətlərinin dəyərləndirilməsi üçün lazım olanları bu beynəlxalq quruma təqdim edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın ötən nüvə fəaliyyətləri barəsindəki qiymətləndirməsi 15 dekabra qədər yekunlaşacaq.

Teqlər