Okt 29, 2015 20:24 Asia/Baku
  • İran olmadan Suriya üçün aqilanə həll yoluna nail olmaq mümkün deyil
    İran olmadan Suriya üçün aqilanə həll yoluna nail olmaq mümkün deyil

İranın xarici işlər naziri vurğulayıb ki, İranın iştirakı olmadan Suriya üçün aqilanə həll yoluna nail olmaq mümkün deyil.

Məhəmməd Cavad Zərif Suriya beynəlxalq iclasında iştirak üçün Vyana hava limanına daxil olarkən deyib: İfratçı qrupların gücləndirilməsi və Suriyada xarici müdaxilədən irəli gələn Suriya böhranına son qoymaq üçün beynəlxalq səylər uzun müddətdir cərəyandadır.
O, əlavə edib: Görünür, bu səylərdə iştirak etmiş kəslər bu nəticəyə gəliblər ki, İranın iştirakı olmadan Suriya üçün aqilanə və məntiqli həll yoluna nail olmaq mümkün deyil.
Doktor Zərif deyib: İran daim vurğulayıbdır ki, Suriya xalqı bu ölkənin gələcəyi haqda qərar çıxarmalıdır və bu məsələ yalnız Suriya xalqına aiddir.
İranın diplomatiya idarəsinin başçısı başqalarının Suriya məsələlərinə qarışmaqdan çəkinmələrini vurğulayaraq, bildirib: Biz Suriyada milli birliyə çatmaq yolu və bu ölkədə ifratçılıq və terrorla mübarizə üçün hamının həmkarlığı və müşayiətini asanlaşdırmalıyıq.
Zərif söyləyib: İran İslam Respublikası belə bir siyasətlə bu iclasa gəlibdir ki, Suriya xalqının qırğını və didərginliyi ilə nəticələnmiş Suriya böhranı üçün həll yoluna nail olmaq üzrə öz həll yolları və baxışlarını təqdim etsin.
Zərif İranın hansı şərtlərlə bu iclasda iştirak etməsinə dair sualın cavabında deyib: İran İslam Respublikası heç vaxt beynəlxalq iclaslarda iştirak üçün bir şərt qəbul etmir və inanırıq ki, İran regiona sabitlik gətirən bir ölkə və dövlət olub və İranın iştirakı üçün bir şərt qoyula bilməz, buna görə, bu iclasda İranın iştirakı üçün heç bir şərt irəli sürülməyib və əgər sürülsəydi, Tehran qəbul etməzdi.

Teqlər