İranın Əsədin kənarlaşdırılması ilə razılaşması təkzib olundu
Okt 30, 2015 19:23 Asia/Baku
İran İslam Respublikası xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini İranın Suriya prezidenti Bəşşar Əsədin kənarlaşdırılması ilə razılaşması ilə əlaqədar istənilən xəbər və məlumatı təkzib edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bəzi KİV iddia edib ki, İran Suriya üzrə Vyana iclasında 6 ay ərzində Əsədin getməsi ilə razılaşıb.Tabnakın məlumatına görə, İran xarici işlər nazirinin müavini bu xəbəri təkzib edərək bildirib: İran İslam Respublikasının Bəşşar Əsədin 6 ay ərzində getməsi ilə razılaşması xəbəri yalandır.