Ayətullah Nuri Həmədani Ərəbistanın regional siyasətlərini tənqid edib
Okt 31, 2015 19:38 Asia/Baku
Qumda təqlid mərcələrindən biri Səudiyyə Ərəbistanının regional, xüsusilə də Suriya və Fələstin qarşılığındakı siyasətlərini tənqid atəşinə tutub.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Qumda təqlid mərcələrindən biri Ayətullah Hüseyn Nuri Həmədani Hindistan və Mavritaniyadan bir qrup ziyalı ilə görüşdə bildirib: Səudiyyə Ərəbisatnı elə bir halda Suriya böhranının həlli üzrə səy iddiasındadır ki, özü bu ölkədə çoxlu problemlərin yaranmasına səbəb olub.Ayətullah Nuri Həmədani bildirib: Qərb və Ərəbistan və Türkiyə kimi ölkələr Suriya problemini aradan qaldırmaq istəyirlər. Halbuki onların özü problem yaratmışlar.
Bu təqlid mərcəyi Ali-Səudun sionist rejimin Fələstinin müsəlman xalqına qarşı hərəkətlərini dəstəkləməsindən təəssüflənərək bildirib: Vəhdət islamın ən önəmli prinsiplərindəndir. Buna görə müsəlmanlar öz birliklərini qorumaqla düşmənlərin at oynatmalarına icazə verməməlidirlər.