İran YUNESKO konfransında 5 qətnamə ilə iştirak edir
Okt 31, 2015 19:58 Asia/Baku
-
İran YUNESKO konfransında 5 qətnamə ilə iştirak edir
İran İslam Respublikası BMT-nin Elm, Mədəniyyət və Təhsil Təşkilatı YUNESKO-nun 38-ci konfransında 5 qətnamə ilə iştirak edir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, YUNESKO Milli Komissiyasının rəhbəri Sədullah Nəsiri Qeydari bildirib: YUNESKO-nun iki ildə bir dəfə keçirilən 38-ci konfransı 3-18 oktyabrda Parisdə təşkil olunacaq və elm, təhqiqat və texnologiya nazirinin başçılıq etdiyi İran heyəti elm, mədəniyyət və ətraf mühit sahələrində 5 qətnamə ilə bu konfransda iştirak edəcək.Nəsiri Qeydari bildirib: YUNESKO-nun konfransının gündəmində olan İranın qətnamələrindən biri ölkələrin mədəniyyətinə qarşı sərtliklə müxalif olmaq barədədir. Çünki hal-hazırda ölkələrin mədəni və tarixi abidələrinə qarşı sərtlik və kobudluq analoqu olmayan şəkildə artıb.