Noy 01, 2015 10:36 Asia/Baku
  • Atom Enerjisi Təşkilatının sədri Yaponiyaya səfər etdi
    Atom Enerjisi Təşkilatının sədri Yaponiyaya səfər etdi

İranın Atom Enerjisi Təşkilatının sədri Yaponiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün bu gün səhər Yaponiyaya səfər edib.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İRNA ilə müsahibədə deyib: ötən aylar ərzində Yaponiya və İranın nüvə təhlükəsizliyi üzrə heyətləri Tehran və Tokioya səfər edərək, nüvə sahəsində əməkdaşlıqlar o cümlədən nüvə təhlükəsizliyi haqda müzakirələr aparıblar və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin Yaponiyaya olan səfəri də məhz bu çərçivədədir.
Kəmalvəndi İranın Atom Enerjisi Təşkilatı sədrinin Yaponiyadakı səfər proqramına daxil olan məsələlərdən birinin Yaponiyanın Nüvə Qaydalarının Hazırlanması Mərkəzi həmçinin, Yaponiyanın Enerji Təşkilatı rəsmiləri ilə görüş adlandırıb. Əli Əkbər Salehinin Tokio Universitetində çıxış etməsi də səfər proqramına daxil edilən məsələlərdəndir.

Teqlər