Əmir Əbdollahiyan: Əgər Suriya iclasları səmərəsiz olarsa, İran iştirak etməyəcək
Noy 02, 2015 20:09 Asia/Baku
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib ki, İranın Suriya barədəki gələcək iclaslarda iştirakı bu danışıqların gedişindən asılıdır.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Əbdollahiyan Əl-Aləm telekanalı ilə müsahibədə Suriya barədə son Vyana iclası haqda bildirib ki, bu iclasın keçirilməsi müsbət dəyərləndirilir, amma baxış fərqləri olduqca çoxdur.Əmir Əbdollahiyan İranın Suriya barədəki gələcək iclaslarda iştirakı haqda belə deyib: Bu məsələ danışıqların gedişindən asılıdır və bir qayda olaraq, İran İslam Respublikası elə bir danışıqda iştirak edir ki, nəticəli və Suriyada siyasi həllə kömək etmiş olsun.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini əlavə edib: Suriya barədə birinci Vyana iclasında bəzi ölkələr, konkret surətdə Ərəbistan, qeyri-səmərəli rol oynadılar və bəzi tərəflər elə mövzulara daxil oldular ki, ümumiyyətlə Suriya xalqının səlahiyyətindədir və Tehran başqalarının Suriyanın siyasi gələcəyi barədə qərara gəlmələrini dəstəkləmir.
Əmir Əbdollahiyan Qüds İntifazəsi barədə isə deyib: Bu, İsrail rejimi üçün acı bir gerçəklikdir ki, bu rejimə qarşı üçüncü intifazə dalğasının başlandığını qəbul etməlidir və onların öz rəftarlarını yenidən nəzərdən keçirməkdən savayı bir çarələri yoxdur.