Noy 05, 2015 09:36 Asia/Baku
  • İtaliya İranda 4 milyard avroluq investisiya yatırmağa maraqlıdır
    İtaliya İranda 4 milyard avroluq investisiya yatırmağa maraqlıdır

İtaliya şirkəti İranda polad və alüminium layihələrində 4 milyard avroluq investisiya yatırmağa hazır olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İtaliyanın Danili və Fata şirkətlərinin müdirləri İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Mədənlər və Mədən Sənayesinin İnkişafı təşkilatının icra heyətinin rəhbəri Mehdi Kərbasianla görüşdə İranın polad və alüminium layihələrində investisiya yatırmağa hazır olduqlarını təklif ediblər.
Danili şirkətinin direktoru Con Pitro Bendeti bu görüşdə iki tərəfin mədənlər və mədən sənayesi əməkdaşlıqlarının artırılmasını istəyib.
Danili və Fata şirkətləri ötən 25 ildə İranda polad və alüminium sahələrindəki layihələrdə dizayn, təchizatın satışı və təmini, icra və maliyyə təminatını icra ediblər. Hazırda İran İslam Respublikasının beynəlxalq səhnədəki nailiyyətləri və dünya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yollarının yaranması ilə bu şirkətlər qeyd olunan sahələrdə investisiya yatırmalarını istəyirlər.

Teqlər