Bəhreyn rəsmilərini İrana qarşı ittihamları rədd edildi
Noy 05, 2015 19:09 Asia/Baku
-
Bəhreyn rəsmilərini İrana qarşı ittihamları rədd edildi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyində məlumatlı bir mənbə Bəhreyn rəsmilərinin İran İslam Respublikasına qarşı ittihamlarını əsassız və qəbuledilməz adlandırıb.
İranın XİN rəsmisi Bəhreyn rəsmilərinin İranla bağlı ittihamlarına reaksiya olaraq İSNA xəbər agentliyinin müxbirinə verdiyi müsahibədə Bəhreyn rəsmilərinə tövsiyə edib ki, diqqətləri yayındırmaq üçün başqalarına qarşı töhmətlərdən əl çəksinlər və daha çox öz ölkələrinin daxilindəki problemlərə diqqət göstərsinlər.Bu İran rəsmisi əlavə edib: Bəhreyn rəsmilərinin köhnəlmiş ssenarisi artıq öz əhəmiyyətini itirib və regiondakı gerçəkliklər ilə heç bir uyğunluağa malik deyil.
İranın XİN rəsmisi əlavə edib: Tehran Bəhreyn böhranının əvvəlindən indiyə kimi bu ölkə məsələlərinin Bəhreyn-Bəhreyn yolu ilə və siyasi danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Bəhreyn rəsmiləri Ərəbistan rəsmilərinin siyasətlərini izləyərək, öz ölkə xalqlarını amansız şəkildə repressiya edirlər. Amma, davamlı olaraq öz problemlərinin İrandan qaynaqlandığı barədə yalan ittihamlar səsləndirirlər.