Noy 07, 2015 18:08 Asia/Baku
  • 21-ci mətbuat sərgisi işə başlayıb
    21-ci mətbuat sərgisi işə başlayıb

21-ci mətbuat sərgisi insaflı tənqid və məsuliyyətli cavab şüarı ilə İmam Xomeyni(r.ə.) adına musəllada işə başlayıb.

Hazırda İranda 7500 yazılı və elektron nəşriyyat yayılır ki, onun 700 ədədi builki sərgidə iştirak edir.
Bu il özəl sektordan olan 340-dan çox media da sərgidə iştirak edir ki, onun üçdə biri ötən iki ildə lisenziya alıbdır.
21-ci mətbuat sərgisi din və düşüncə; mədəni; siyasi və iqtisadi; təlim; ümumi; ailə; uşaq və yeniyetmə; mətbuat müəssisələri; ostan; bölgə və yerli nəşriyyat bölmələrində keçirilir.
Həmçinin Küveyt, İtaliya, İraq, Türkiyə, Almaniya, Rusiya, Yaponiya, ABŞ, Fransa, Livan və Çindən 22 media nümayəndəsi mənsub olduğu medianı təqdim etmək üçün sərginin beynəlxalq bölməsində iştirak edir.

Teqlər