Nüvə anlaşması əsasında sanksiyaların ləğvi və öhdəliklərin tam icrası vurğulanıb
Noy 08, 2015 05:36 Asia/Baku
-
Nüvə anlaşması əsasında sanksiyaların ləğvi və öhdəliklərin tam icrası vurğulanıb
İran prezidenti İran ilə Avropa İttifaqının mədəni ortaqlıqlarını ikitərəfli və regional həmkarlıqların inkişafında təsirli amil adlandırıb və bildirib ki, nüvə anlaşmasından və sanksiyalardan sonrakı atmosferdə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı, İran və Avropa İttifaqının mədəni və elmi əlaqələri də genişləndirilməlidir.
IRIB-nin prezident aparatının informasiya portalına istinadlı məlumatına görə, Ruhani şənbə günü axşam Avropa Parlamentinin sədri Martin Şults ilə görüşdə deyib: İran daim nüvə anlaşması daxil olmaqla özünün bütün öhdəliklərinə sadiq olub və ona əməl edəcək, amma bu cəhət önəmlidir ki, qarşı tərəf də öz öhdəliklərinə və iqtisadi sanksiyaların ləğvinə sadiq qalaraq, onu tam şəkildə, vaxtında və dəqiq surətdə icra etməlidir.Doktor Ruhani deyib: Bu gün terrorizm ilə mübarizə iddiasında olan bəzi ölkələrin ciddiliyi barədə tərəddüdlər mövcuddur, zira ola bilməz ki, həm terrorizmlə mübarizə iddiasında olasan, həm də terrorçuların qarətləri və cinayətlərinə laqeyd yanaşasan. O, deyib: Xoşbəxtlikdən, bu gün regionda sabitliyə kömək istiqamətində İran-Avropa Birliyi həmkarlığının genişlənməsi üçün daha çox fürsətlər mövcuddur ki, ondan yaxşı istifadə etməliyik, zira bu sabitlik bütün ölkələrin iqtisadi inkişafının və dəyişikliyin xeyrinə olacaq.
Avropa Parlamentinin sədri Martin Şults da İran prezidenti ilə görüşdən məmnun qaldığını bildirərək, İran-Altılıq razılaşmasını İranın Avropa Birliyi ilə əlaqələrinin genişlənməsində yeni fəsil və müstəsna fürsət adlandırıb və deyib ki, Avropa Tehranla ikitərəfli və beynəlxalq həmkarlıqların genişlənməsini istəyir.
Teqlər