Noy 09, 2015 12:09 Asia/Baku
  • Regionda radikallıq bütün dünyanın təhlükəsizliyi üçün təhlükədir
    Regionda radikallıq bütün dünyanın təhlükəsizliyi üçün təhlükədir

İran xarici işlər naziri deyib: Region oyunçularının yanlış siyasətlərindən qaynaqlanan hədd-hüdudu olmayan radikallıq və firqəçilik hazırda bütün dünyanın stabilliyi üçün təhlükə hesab olunur.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın valiləri, səfirləri, ticarət palataları və azad zonalarının başçılarının müştərək iclasında əlavə edib: Yaxın Şərq hazırda ciddi təhlükə ilə üzləşib.
Zərif bildirib: Yaxın Şərqdə böyüyən vəhşi qruplar region və regiondan kənar gəncləri qeyri-münasib düşüncəyə salıblar. Belə ki, bir gənc və yeniyetmə asanlıqla özünü partladır və bir qrup günahsız insanı məhv edir və yaxud baş kəsir ki, bu məntiqli və əsaslandırılası deyildir.
İranın xarici diplomatiya idarəsinin rəhbəri əlavə edib: Bu hərəkət bütün dünyanın stabilliyi üçün təhlükədir. Təəssüflər olsun ki, bəzi qonşular hələ də radikallığı təhlükə deyil, böyük oyun kimi görürlər. Onlar anlamadıqları zamana qədər radikallıq oyun vasitəsi ola bilməz.
İran xarici işlər naziri deyib: Region və İran İslam Respublikasının ətrafında terrorizm fenomeninin təhlükəsini nəzərə alaraq, səfirlər və valilərin həmrəyliyi vacibdir. Bu təhlükənin cəhətlərini necə idarə etmək araşdırılmalı və müxtəlif məzhəblər, xüsusilə də şiələr və sünnilər arasında məzhəb gərginliyi, ixtilaf və firqəçiliyə mane olmaq lazımdır.
Zərif Əhatəli Müştərək Təşəbbüs Proqramının yaratdığı fürsətdən istifadəni bu iclasın digər məsələsi adlandırıb və deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramından sonrakı şəraitdən xalqın, quruluşun və inqilabın xeyrinə hansı formada yararlanmaq da araşdırılmalıdır.

Teqlər