Noy 09, 2015 16:33 Asia/Baku
  • "Fitilə" verilişinin pozucuları ilə ciddi rəftar

İran İslam Respublikasının Teleradio Təşkilatının sədri deyib ki, azəridilli həmvətənlərimizin narahatçılığına səbəb olmuş "Fitilə" verilişi ilə bağlı amillər və müdirlərlə ciddi rəftar olunacaq.

Məhəmməd Sərəfraz "Fitilə" verilişinin bir hissəsindəki bağışlanmaz xəta və səhlənkarlıqdan dərin təəssüf hissi keçirərək, İranın ikinci telekanalının müdirlərindən iki və bu verilişə nəzarət və onun istehsalı ilə bağlı amillərdən bir neçə nəfərin töhmət alması və işdən kənarlaşdırılmasına toxunaraq, əlavə edib: Media meydana gəlmiş xətadan üzr istəyir və milli birlik və qövmlərin vəhdətinin möhkəmləndirilməsi sahəsindəki vəzifələrinin icrasında ikiqat ciddi-cəhdlə səy göstərəcək.
Cümə günü noyabrın altısında İranın ikinci telekanalından yayımlanan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş "Fitilə" televiziya verilişinin bir hissəsində yanlışlıq və diqqətsizlik üzündən, azəri dilində dialoqlar səsləndirilir ki, bu da İran azəridillilərinin narahatçılığına səbəb olur.
İran İslam Respublikasının Teleradio Təşkilatı bildirib ki, bu məsələnin səhv olmasına rəğmən, özünə borc bilir ki, azəridillilərdən üzr istəyərək, bildiri ki, hər cür media əsaslandırılmasından uzaq, ən kiçik bir qaranlıq cəhət və bədbinliyin aradan qaldırılması üçün "Fitilə" televiziya verilişinin amilləri pozucu hesab olunurlar və bu mövzu, məsələnin və onun köklərinin aşkarlanmasınadək ciddi surətdə izləilənəcəkdir.

Teqlər