Hərbi həll yolu regional böhranlar üçün faciədir
Noy 10, 2015 20:17 Asia/Baku
-
Hərbi həll yolu regional böhranlar üçün faciədir
İran İslam Respublikasının xarici işlər naziri deyib: regional böhranlar yalnız siyasi həll yoluna malikdir və danışıqlar yolu ilə həll edilməlidir.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Tunisin xarici işlər üzrə müşavir naziri və xarici işlər nazirinin 1-ci müavini ilə Tehranda baş tutan görüşü zamanı deyib: Hələ də bəzi tərəflərin regional böhranlar üçün hərbi həll yolu barədə düşünmələri bir faciədir.Zərif İran və Tunis arasında mövcud olan əməkdaşlıq imkanlarının genişliyinə işarə edərək, deyib: İki ölkə əlaqələrin siyasi və iqtisadi müstəvidə hərtərəfli inkişafı üçün heç bir məhdudiyyət tanımır.
Tunisin xarici işlər üzrə müşavir naziri və xrici işlər nazirinin 1-ci müavini Tuhami Əbdəli də bu görüşdə iki ölkə arasında əldə olunmuş keçmiş anlaşmaların icrasına təkid edərək, İran və Tunis arasında yeni əməkdaşlıq sənədlərinin imzalanmasını istəyib.
Tuhami Əbdəli əlavə edib: Tunis xalqı İŞİD və Ənnüsrə Cəbhəsi kimi terror qrupalaşmalarından ağır zərbələr alıb və bu qruplaşmalar qarşısında tolerantlığı heç bir vəchlə qəbul etəyəcək.
Tunisin xarici işlər üzrə müşavir naziri iki ölkə arasında ilk siyasi məsləhətləşmə iclasında iştirak etmək məqsədi ilə Tehrana səfər edib.