Ruhani: Fransa ilə ticarət müqavilələri imzalanacaq
https://azeri.sahartv.ir/news/İran-i199505-ruhani_fransa_ilə_ticarət_müqavilələri_imzalanacaq
İran İslam Respublikası prezidenti gələn günlərdə Fransa ilə ticarət anlaşmalarının imzalanacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2015 16:03 Asia/Baku
  • Ruhani: Fransa ilə ticarət müqavilələri imzalanacaq
    Ruhani: Fransa ilə ticarət müqavilələri imzalanacaq

İran İslam Respublikası prezidenti gələn günlərdə Fransa ilə ticarət anlaşmalarının imzalanacağından xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Europe 1 radiosu və Fransanın 2-ci telekanalı ilə müsahibədə bildirib: Gələn bir neçə gün ərzində İran və Fransa ticarət sahəsində anlaşmalar imzalayacaqlar.
17 noyabr Avropa səfəri çərçivəsində Fransa prezidenti Fransua Ollandla görüşməsi qərara alınan Ruhani deyib: Fransaya səfərdən öncə nəqliyyat, kənd təsərrüfatı, sənaye, xüsusilə də avtomobil sahəsində müzakirələr aparılıb.
İranın Fransadan Airbus təyyarəsi almaq niyyətində olduğunu bildirən Ruhani əlavə edib: İran İslam Respublikasına təyyarə satan digər şirkətlər də vardır.